Dələduzlar jurnalistin adından istifadə etdilər - FOTOLAR

Dələduzlar jurnalistin adından istifadə etdilər - FOTOLAR
14:05

Tanınmış jurnalist İlham Məmmədli xoşagəlməz hadisə ilə üzləşib.

News365.az-ın məlumatına görə, sosial şəbəkələrdə jurnalistin adından saxta profil yaradılıb.

Naməlum şəxslər həmin profil vasitəsilə müxtəlif adamlarla əlaqə saxlayaraq onlara bank kartı məlumatları göndərib və pul istəməyə başlayıblar.

İlham Məmmədli bununla əlaqədar xəbərdarlıq edib. O deyib ki, sosial şəbəkələrdə heç kimdən pul istəməyib və onun adından sui-istifadə edənlər barədə ölçü götürülməsinə çalışacaq.






Sizin reklam burada
Sizin reklam burada