Son zamanlar
cərrahiyyə otaqlarından video çəkib paylaşmaq dəb halını alıb. Bəzi həkimlər,
blogerlər bununla özlərinə daha çox müştəri və izləyici toplamaq istəyir.
Bəs bu cür
addımlar nə qədər etik və doğrudur?
Sualı
cavablandıran pediatr Vaqif Qarayev News365.az-a açıqlamasında
bildirib ki, əməliyyatxanalardan video çəkib paylaşmaq olmaz:
“Təxminən 10
il öncə peşəkarlığına hörmət etdiyim bir jurnalist soruşmuşdu ki, cərrahi əməliyyatı
canlı çəkib sosial şəbəkələrdə paylaşmaq düzgündürmü? Cavabım qısa olmuşdu.Yox!
Onda belə görüntüləri çox az adam paylaşırdı...indi hamı paylaşır. İndi də eyni
fikirdəyəm. Belə görüntüləri publik auditoriyada yox, yalnız peşəkarlar üçün
paylaşmaq olar.
Cərrah
dostlarım inciməsin, İTS işə düşməzdən əvvəl özünüreklam üçün bu paylaşımlara bəlkə
ehtiyac vardı. İndi xəstə ziyarəti problemi yoxdur axı... Sığorta pasiyentləri özü
"göndərir" cərrah qəbuluna. Etik baxımdan da düzgün hesab etmirəm. İzləyicilərin emosional və psixoloji durumu mütləq
nəzərə alınmalıdır. Elə adam var bir damcı qan görən kimi özündən gedir. Maləsəf,
peşəkar fəaliyyəti şouya çevirmək düzgün deyil”.
News365.az