Əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan reyslərinə dəyişiklik edilib

Əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan reyslərinə dəyişiklik edilib
13:24

"Azərbaycan Hava Yolları" (AZAL) Naxçıvan istiqamətində planlaşdırılan uçuşların qrafikində məcburi dəyişikliklər edib. Aviaşirkətin rəsmi açıqlamasına görə, buna səbəb Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində reyslərin təhlükəsizliyini təhdid edən əlverişsiz hava şəraitinin müşahidə olunmasıdır.

Hava limanındakı mövcud hava vəziyyəti ilə əlaqədar olaraq hər iki istiqamət üzrə uçuşlar müvəqqəti olaraq təxirə salınıb:

Aviaşirkətdən bildirilib ki, Naxçıvan səmasında hava şəraiti tam sabitləşdikdən və uçuş təhlükəsizliyinə zəmanət verildikdən sonra reyslər dərhal adi qrafik üzrə yerinə yetirilməyə başlanacaq.

Sərnişinlərə reyslərin statusu ilə bağlı ən son məlumatları aviaşirkətin çağrı mərkəzi və ya rəsmi internet səhifəsi vasitəsilə izləmək tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada