Bu gün saat 10 radələrində Göyçay rayonunda ağır yol qəzası baş verib.
Cəyirli kəndi ərazisində “VAZ 2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra su kanalına düşüb.
Hadisə zamanı avtomobildə olan 84 yaşlı Ağalar Osmanov itkin düşüb. Onun tapılması istiqamətində tədbirlər görülür.
***
Hadisə ilə bağlı FHN də məlumat yayıb.
Bildirilib ki, Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobil su kanalına düşüb.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.
Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
FHN-in məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.