Mayın 17-nə keçən gecə Yerdə orta güclü maqnit qasırğası başlayıb. Bu barədə "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün Telegram kanalında yazıb.
O bildirib ki, Günəşin səthindəki tac dəliklərindən birindən çıxan partlayış dalğası artıq planetin kosmik havasına təsir etməyə başlayıb. Nəticədə günəşdəki partlama planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib, bunun sayəsində Moskva vaxtı ilə saat 00:00-dan sonra Yerdə maqnitosferin zəif pozulmaları qeydə alınıb.
"Moskva vaxtı ilə saat 3:00-dan sonra bu proseslər gücləndi və G2 sinifinin orta maqnit qasırğası səviyyəsinə çatdı", - mütəxəssis əlavə etdi.
Sinoptikin qeyd etdiyi kimi, mayın 19-u daxil olmaqla, Yer kürəsi sürətli və sıx maqnit qasırğası axınında olacaq. Bu səbəbdən mayın 17-də və yaxın iki gündə planetin maqnit sahəsi pozulmuş vəziyyətdə qalmağa davam edəcək. Bu halda proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq.
Tural