Avropa, Ukrayna və qismən də ABŞ Ukraynadakı münaqişənin bitməsini istəmir. Bu barədə “Arqumentı i faktı”ya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev məlumat verib.
“Görünür, yaxın gələcəkdə biz hazırkı vəziyyətdən uzaqlaşmayacağıq. Nə qədər ki, Kiyevdə və onun “dəstək qrupunda”- Avropa və qismən Amerikada ekzistensial şəkildə münaqişənin sona çatmasında maraqlı olmayan qüvvələr var, bu baş tutmayacaq”, - o vurğulayıb.
Senator buna görə də İstanbuldakı danışıqlar prosesində Avropa nümayəndələrinin iştirak etməməsinə diqqət çəkib. ABŞ isə Avropanın ultimatumlarına və Rusiyaya təzyiq cəhdlərinə məhəl qoymadı.
Kosaçev xatırladıb ki, ABŞ prezidenti Donald Trampın özü Ukraynadakı münaqişənin həllinin mümkünlüyünü yalnız Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşdən sonra olacağını deyir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural