Eldəniz Əzizli Avropa ikincisi oldu

Eldəniz Əzizli Avropa ikincisi oldu
12 Apr 2025 21:45

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) gümüş medal qazanıb.


News365.az xəbər verir ki, o, yarışın finalında rusiyalı Emin Seferşayevə uduzub.


Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə də Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.


Sizin reklam burada
Sizin reklam burada