Hollivud aktrisası Salma Hayek və fransalı milyarder Fransua-Anri Pino cütlüyünün 19 yaşlı qızı Valentina Pino “Tatler” jurnalının Britaniyanın ən arzulanan 200 gənci siyahısında birinci yeri tutub.
Valideynlərinin milyardlarla dollar sərvətinə baxmayaraq, Valentina dəbdəbəli klublardansa London pablarına, yeraltı əyləncə məkanlarında keçirilən məclislərə və “IKEA” mağazasına getməyə üstünlük verir.
Gənc qız gələcəkdə aktrisa olmaq, daha sonra isə rejissorluğu sınamaq arzusundadır. O, ehtiyacı olanlar üçün yeməkxanada könüllü layihələrdə iştirak edir və evsiz insanların problemləri ilə maraqlanır.
Valentina anasının geyimlərindən də istifadə edir. Salma Hayek qızının makiyajda ona kömək etdiyini, özünün isə bu sahədə ondan öyrəndiyini bildirib.
Valentina Pino haqqında geniş material “Tatler” jurnalının noyabrın 5-də satışa çıxacaq dekabr buraxılışında dərc olunacaq.