Bunun üçün 4 milyon ödəyib

Bunun üçün 4 milyon ödəyib
15:15

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib.

Aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməyi ilə daha tez sahib olub.Belə ki, Kıvanç bir müddət əvvəl Toprak Razqatlıoğlundan motosiklet sürmə üzrə xüsusi dərslər alıb. Təlimlər başa çatdıqdan sonra aktyor idmançının Dünya Superbike Çempionatında yarışdığı motosikletin eynisini almaq istəyib. Toprak ona bu məsələdə dəstək olub.

Xüsusi sifarişlə hazırlanan motosikletin üzərinə aktyorun adı və uğurlu hesab etdiyi "8" rəqəmi həkk olunub. Bundan başqa, motosikletdə onun adının qısaldılmış forması olan "KVNC R-SPEC" və dünyada yalnız bir ədəd istehsal edildiyini bildirən "ONE OF ONE" yazıları yer alıb.


Sizin reklam burada
Sizin reklam burada