Ekvadorda güclü zəlzələ baş verdi

Ekvadorda güclü zəlzələ baş verdi
25 Apr 2025 23:06

Ekvador sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.


News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.


Yeraltı təkanlar Esmeraldas şəhərində binalara ziyan vurub və bəzi neft obyektlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.


Bildirilib ki, zəlzələ 23 kilometr dərinlikdə qeydə alınıb. Ekvadorun müvafiq qurumları sunami təhlükəsinin olmadığını açıqlayıb.


Hökumətin ilkin hesabatında bir nəfərin xəsarət aldığı bildirilib. Eyni zamanda bir sıra dövlət və özəl binalara ziyan dəyib, bəzi bölgələrdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.


Sizin reklam burada
Sizin reklam burada