Əhməd xəstəxanadan qaçıb? - Maştağa sakinləri gördüklərini danışdılar

Əhməd xəstəxanadan qaçıb? - Maştağa sakinləri gördüklərini danışdılar
09:54

Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə şok məlumatlar yayılıb. Belə ki, bununla bağlı bir qadının səs yazısı paylaşılıb. Həmin şəxsin iddiasına görə, Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Maştağa sakinləri BAKU TV-yə açıqlama veriblər.

Sakinlər Ə. Əhmədovun Maştağadakı Psixiatriya xəstəxanasından qaçması ilə bağlı yayılan məlumatların yalan olduğunu bildiriblər./yeni sabah



Sizin reklam burada
Sizin reklam burada