Dağıstanda ebola xəstəliyinə yoluxma qeydə alınıb.
Kizilyurt rayonunda üç nəfər xəstəliyə yoluxub.
Xəstələrin hamısı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onların vəziyyəti stabilləşdirilib və həyatları üçün təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, bu, təhlükəli yoluxucu xəstəlik hesab olunur. Xəstəliyin ölüm göstəricisi 10-40 faiz arasında dəyişir. O, daxili və xarici olmaqla güclü, nəzarət olunması çətin qanaxmalara səbəb ola bilir.