Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı
12:31

Dubayda dünyanın ən hündür hoteli olan “Ciel Dubai Marina” ilk qonaqlarını qəbul etməyə başlayıb.

Bu barədə “The National” nəşri yazıb.

Onun hündürlüyü 377 metrdir ki, bu da Dubaydakı digər göydələn-hotel olan “Gevora Hotel”dən 21 metr yüksəkdir.

Nəşrin məlumatına görə, Dubayda dünyanın ən yüksək fəaliyyətdə olan on otelindən səkkizi yerləşir. Onların arasında yelkən formasında tikilmiş məşhur “Burj Al Arab” da var ki, onun hündürlüyü qülləsi ilə birlikdə 321 metrdir.


Sizin reklam burada
Sizin reklam burada