Nağdsız ödənişlər 14 %-dən çox artdı

Nağdsız ödənişlər 14 %-dən çox artdı
12:09

Bu ilin noyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artaraq – 7 milyard 940 milyon manat təşkil edib.

News365.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 948 milyon manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.

Dekabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 835 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 9,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 14,7 % artaraq 19,738 milyon, kredit kartlarının sayı isə 6,7 % azalaraq 2,097 milyon olub. Noyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,360 milyard manat (illik müqayisədə 13,7 % çox) və 685 milyon manat (-13,7 %) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,5 %, POS-terminalların sayı isə 57,1 % artaraq müvafiq olaraq 3 548 ədəd (Bakı üzrə 1 918 ədəd) və 179 162 ədəd (Bakı üzrə 111 251 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.


Sizin reklam burada
Sizin reklam burada