Almaniya kansleri Fridrix Merz Almaniyanın supergüclərin əlində piyada olmadığını bildirib və qarşıdan gələn ilin ölkə üçün həlledici ola biləcəyini deyib.
News365.az xəbər verir ki, bu barədə o, hökumət başçısı kimi xalqa ilk Yeni il müraciətində qeyd edib.
"Biz xarici oyunçuların qurbanı deyilik. Böyük dövlətlərin əlində oyuncaq deyilik", - deyə kansler bildirib.
O, həmçinin əlavə edib ki, 2026-cı il Almaniya və Avropa üçün həlledici il ola bilər, çünki onlar onilliklər boyu davam edən sülh, azadlıq və rifah yoluna qədəm qoyacaqlar.