3 çoban qar uçqununa düşdü

3 çoban qar uçqununa düşdü
31 Dek 2025 17:55

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 çobandan 3-ü uçqun altında qalıb.

Sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada