Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının fotosunu paylaşıb.
News365.az xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır. Əkizlər bu il mart ayında dünyaya gəliblər.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
