İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Ermənistan xalqına Yeni il münasibətilə təbrik mesajı göndərib.
News365.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Yeni ilin gəlişi münasibətilə dost və qardaş Ermənistan xalqını və hökumətini təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il Ermənistan üçün firavanlıq, sülh və böyük nailiyyətlər ili olacaq", - səfir bildirib.
"2026-cı ildə keçmişin konstruktiv yolunu və iki ölkə liderlərinin iradəsini davam etdirərək, İran və Ermənistan arasında hərtərəfli strateji tərəfdaşlığın həyata keçirilməsinə doğru irəliləyəcəyik. Bir-birimizi əvvəlkindən daha yaxşı tanımağa və iki ölkə xalqları arasında qarşılıqlı əlaqəni inkişaf etdirməyə çalışacağıq. İki ölkə arasında tərəfdaşlıq yolunda yeni təşəbbüslər və proqramlar müəyyən edəcək və dostluğun institusionallaşdırılmasını gündəmdə dominant bir konsepsiya kimi təqdim edəcəyik", - Şirqolami qeyd edib.