Son dövrlərdə Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun illər əvvəl ekranlara gələn məşhur kriminal serialı "Arka Sokaklar"da epizodik rolda görünən aktyor kimi yer aldığı anların görüntüsü ortaya çıxıb və sosial mediada gündəm olub.
News365.az xəbər verir ki, məlumata görə, Ulusoy hələ karyerasının çox əvvəllərində, məşhur serialda restoranda oturub yemək yeyən gənc kimi görünüb. Bu görüntülər illər sonra yenidən paylaşıldıqda izləyicilər tərəfindən maraqla qarşılanıb.
Hazırda Türkiyə televiziyalarında yayımlanan "Eşref Rüya" serialında başrol ifa edən Ulusoyun belə sadə bir başlanğıcının olması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Bu kadrlar Ulusoyun böyük ulduzluğa gedən yolunun necə kiçik addımlarla başladığını xatırladaraq, pərəstişkarları üçün də motivasiya mənbəyi sayıla bilər.
Musa
Milli.Az