ABŞ "Disney"i 10 milyon cərimələdi

ABŞ "Disney"i 10 milyon cərimələdi
12:15

ABŞ Ədliyyə Nazirliyi "Disney"i YouTube-da uşaqların məlumatlarını qanunsuz topladığına görə 10 milyon dollar cərimə edib.

News365.az xəbər verir ki, məlumatı nazirlik açıqlayıb.

Bildirilir ki, şirkət və onun podratçıları xidmətdə yerləşdirilən məzmunun uşaqlar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyiblər. Buna görə də Disney valideynlərin xəbərdarlığı və ya razılığı olmadan hədəf reklam üçün uşaqlar haqqında qanunsuz olaraq məlumat toplayıb.

Bu, "Disney"in uşaqların şəxsi məlumatlarını qanunsuz toplamaq iddiaları ilə bağlı 2025-ci ildə ödəyəcəyi ikinci cərimədir. Daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası media şirkətini videolara uşaqların etiketlərini qəsdən daxil etməməkdə günahlandırmışdı. "Disney" onda da 10 milyon dollar cərimə ödəməyə razılaşıb.


Sizin reklam burada
Sizin reklam burada