Döyüşə 18 yaşlılar gedir...

Döyüşə 18 yaşlılar gedir...
22 Mar 2025 12:00

Ukrayna Silahlı Qüvvələrinin (VSU) və Milli Qvardiyanın 10-dan çox briqadası, o cümlədən məşhur "Azov" Briqadası 18-24 yaşlı müqaviləli hərbçilərin qəbul ediləcəyi bölmələri öz siyahısına əlavə edilib. Bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Pavlo Palisa özünün Telegram kanalında məlumat verib.


Onun sözlərinə görə, yeni orduya cəlb edilənlər yaxın vaxtlarda aidiyyəti proqrama qoşulacaqlar.


Palisa qeyd edib ki, o, Ukrayna Milli Qvardiyasının bəzi bölmələrinin tezliklə proqrama qoşulmasından xüsusilə məmnundur. Söhbət 12-ci Xüsusi təyinatlı “Azov” və 13-cü “Nizamnamə” əməliyyat təyinatlı briqadalarından gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.




Tural


Sizin reklam burada
Sizin reklam burada