Rusiyada maraqlı hadisə baş verib. "Vetta"nın yaydığı məlumata görə, Perm vilayətində Ukraynadakı döyüşlərdə iştirak etmiş, baş leytenant Ranis Savinov ölümündən təxminən iki il sonra dəfn edilib.
Qeyd olunub ki, hərbçi 2022-ci il sentyabrın 26-dan döyüş zonasında olub və orada rabitə tağımına komandirlik editmiş. Zabit 2023-cü il avqustun 21-də 50 yaşında öldürülüb.
"2025-ci il aprelin 8-də doğulduğu Akluşi kəndində valideynlərinin yanında torpağa tapşırılıb. Dəfn mərasiminin gecikməsinə nəyin səbəb olduğu açıqlanmır. Versiyalardan birinə görə, aldığı xəsarətlər səbəbindən meytin kimliyini uzun müddət müəyyən etmək mümkün olmayıb. Belə hallarda genetik müayinə aparılır",- nəşr yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural