Döyüşçülər partlayıcıları şokolad kimi maskaladılar

Döyüşçülər partlayıcıları şokolad kimi maskaladılar
22 Mar 2025 13:40

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Kurskun Sudja bölgəsindəki ərazini minalayıb. Bu barədə Rusiya mediası təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna hərbçiləri şəxsi evlərin girişlərində partlayıcı qurğular qoyublar.

"Mülki şəxslərin cəsədlərinin olduğu yerdə meyitlərin minalanması,  tələ-bombalar aşkarlanıb", - "RG.ru" mənbəyə istinadən yazıb.

O, həmçinin bildirib ki, rusiyalı hərbçilər şəhərdə məşhur şokolad batonlarına bənzədilmiş, şokolad kimi maskalanmış kiçik minalar aşkar ediblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural


Sizin reklam burada
Sizin reklam burada