Dövrümüzün Qəhrəmanı

Dövrümüzün Qəhrəmanı
09:38
Rusiyanın Novosibirsk şəhərində sadə yükdaşıyan işləyən Azərbaycan vətəndaşı Rza Rzayev
O, yerli istilik sisteminin partlaması və qaynar suyun fontan vurması nəticəsində həyatını riskə ataraq köməksiz vəziyyətdə qalan uşaqları və qocaları xilas edib.Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71524 rubl (təxminən 1380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib.
Onun insanları xilas etməsi zamanı çəkilən bu fotosunu Novosibirskdən olan Aleksandr Oşçepkov çəkib və bu günlərdə Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsinin “Dövrümüzün Qəhrəmanı” nominasiyasında qalib olub.
Rusiyada bu cürə insanların sayı yüzlərlədir. Təkcə Rusiyada yox dünyanın bir çox ölkələrdə xalq qəhrəmanı olan Azərbaycanlılar barədə mediada kifayət qədər məlumat var.
Yaxşlığa yamanlıq nə qədər edirlərsə etsinlər bizim xalq yaxşılıq etmək üçün səbəb axtarmır. Sadəcə edir !!!
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada