Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi,
qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış
tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir”,
“Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini
pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu sərhədçilərin sayıqlığı nəticəsində
saxlanılıb.
News365.az xəbər verir ki, sentyabr ayının 24-də
saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan
Respublikasından Gürcüstan istiqamətində 1 nəfər Əlcəzair Xalq Demokratik
Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr
ayının 26-da saat 20:40-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan
Respublikasından Rusiya Federasiyası istiqamətində isə 2 nəfər Əlcəzair Xalq
Demokratik Respublikası vətəndaşı – 1998-ci il təvəllüdlü Sarra Benuoali və
1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən
saxlanılıb.
“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sentyabr
26-da saat 20:50-də 6 nəfər – 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid,
2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib,
2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və
1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər
– 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il
təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü
Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü
Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü
Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü
Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər –
1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan İslam
Respublikası vətəndaşının Azərbaycan Respublikasından Gürcüstan istiqamətində
dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla
alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə
ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni
yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən
edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması
istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.