Çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs həbs edildi

Çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs həbs edildi
28 Sen 2024 14:44

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Youtube kanalımız

Oxşar xəbərlər