"Azərbaycanın bu regiona gətirdiyi və Sülh Şurasının Vaşinqtondakı ilk toplantısında Prezident Trampın çıxışından da aydın göründüyü kimi, digər oxşar qarşıdurmalar üçün də hələlik yeganə uğur modeli sayılan sülhün necə möhkəmləndiyi; bunda qətiyyən maraqlı olmayan çevrələrin hansı rəzilliklərə əl atdığı və özlərini azərbaycanlı kimi təqdim edən tör-töküntülərdən nə cür faydalanmağa çalışdıqları haqda öz fikirlərimi bölüşmək istəyirəm".
Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağdakı keçmiş “miatsum”çu rejimin həm də bəşəriyyət əleyhinə yönələn cinayətlərə görə ittiham olunan təmsilçiləri üzərində məhkəmənin, onun gedişini izləyənlərə əleyhimizə yönələcək hər hansı fakt vermədən bitməsini alqışlayıram. "Ordumuzun torpaqlarımızı işğaldan qurtararkən göstərdiyi yüksək peşəkarlığı prosesin sonrakı gedişində güc strukturlarının, diplomatik xidmət əməkdaşlarının, vətəndaş sektoru təmsilçilərinin, indi də məhkəməmizin təkrarlaması bizim dövlət olaraq da, cəmiyyət olaraq da yetkinliyimizi təsdiqləyir ki, əlbəttə, bu qürurvericidir",- o vurğulayıb.
Deputat əlavə edib ki, məhkəmənin, özəlliklə də Vardanyan üzərində çıxardığı hökm regionda sülhə və Ermənistanın müstəqil dövlət olaraq milli maraqlarından çıxış etməsinə Azərbaycanın növbəti töhfəsidir: "Regionda sülhdə qətiyyən maraqlı olmayanlar, Ermənistanı forpost sayanlar, çəkmələri Qarabağda öz missiyasını doğrultmayanlar məhz ona görə hər baxımdan kimliyi bilinməyənlərdən faydalanaraq dövlətimizə, bu mürəkkəb dövrdə millətimizin adını tarixə qızıl hərflərlə yazdıran Liderimizə və onun doğmalarına böhtan atdırır, çirkab yağdırtdırırlar. Keçməyəcək!
Həm də Vardanyanın pulu ilə Münxendə, Vaşinqtonda dövlətimizin üstünə qısqırdılanlar bilməlidirlər ki, özlərindən dəfələrlə qiymətli agenti, transmilli elita brokerlərindən birini, yəni həmən Vartanyanı tutub məhkəmə qarşısına çıxaran dövlət onları da bu ölkəyə gətirəcək və haqq etdikləri cəzanı alacaqlar"..