Dövlət başçısı: Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq

Dövlət başçısı: Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq
19 İyl 2025 20:00

“Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq”.

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, artıq hadisədən 7 ay keçib: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik. Və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi".


Sizin reklam burada
Sizin reklam burada