Livanlı muzdlu Viken Eulcekcianın həbsxanada aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır

Livanlı muzdlu Viken Eulcekcianın həbsxanada aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır
02 Sen 2025 19:45

Qarabağda döyüşməkdə təqsirli bilinərək, 20 il müddətinə azadlıqdan məhrum edilmiş livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın aclıq etməsi barədə Ermənistan mətbuatında məlumat yayılıb. Ermənistan KİV-i yazır ki, Viken Eulcekcian artıq 20 gündür, aclıq aksiyasına başlayıb. 

News365.az xəbər verir ki, livanlı muzdlunun aclıq etməsi barədə Ermənistan mətbuatının yaydığı informasiya həqiqətə uyğun deyil. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Viken Eulcekcian 2021-ci ildə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./APA


Sizin reklam burada
Sizin reklam burada