DİM-dən 17 minlik sifariş

DİM-dən 17 minlik sifariş
10 Yan 2025 21:45

Dövlət İmtahan Mərkəzi (DİM) "İndiqo" şirkətindən 17 416 manatlıq çap məhsulları alacaq.


News365.az Qaynarinfo-ya istinadən xəbər verir ki, DİM-lə şirkət arasında bununla bağlı satınalma müqaviləsi imzalanıb.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.


İddialara görə, "İndigo” MMC şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir.


Şirkətin üçüncü payçısı isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.



Youtube kanalımız