MİQ üzrə vakant yerlərə yerləşdirmənin nəticələri açıqlanıb

MİQ üzrə vakant yerlərə yerləşdirmənin nəticələri açıqlanıb
10:27

Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəbləri və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri elan edilib.

News365.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Namizədlər nəticələrlə MyCulture sistemindəki vahid şəxsi kabinetlərində tanış ola bilərlər.

Müsabiqənin test və müsahibə mərhələlərini Dövlət İmtahan Mərkəzi keçirib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə göstərib.


Sizin reklam burada
Sizin reklam burada