Deputat: "Minimum əməkhaqqı 655 manat olmalıdır"

Deputat: "Minimum əməkhaqqı 655 manat olmalıdır"
14:24

"Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa minimum əməkhaqqı 655 manat olmalıdır".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir:

"Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”.


Sizin reklam burada
Sizin reklam burada