ABŞ-dan İranla bağlı geri addım - Tramp açıqladı

ABŞ-dan İranla bağlı geri addım - Tramp açıqladı
09:16

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar başa çatana qədər ABŞ gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyi dayandıracağını açıqlayıb.

News365.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.

O, Tehranla razılaşma əldə olunana qədər "Azadlıq Layihəsi" missiyasının qısamüddətli dayandırılacağını elan edib.

"Qarşılıqlı olaraq blokada tam qüvvədə qalsa da, "Azadlıq Layihəsi" missiyasının qısa müddətə dayandırılacağı barədə razılığa gəldik", - deyə Tramp bildirib.

Bir müddət əvvəl Ağ Ev hərbi münaqişə səbəbindən Hörmüz boğazında blokadaya alınmış ticarət gəmilərini müşayiət etmək üçün əməliyyat elan etmişdi.


Sizin reklam burada
Sizin reklam burada