Manatın gələcəyi ilə bağlı rəsmi açıqlama verildi

Manatın gələcəyi ilə bağlı rəsmi açıqlama verildi
11:48

Əsas məqsəd qiymət və makroiqtisadi sabitliyin qorunmasıdır.

News365.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, mövcud mandatın həyata keçirilməsi üçün hansı məzənnə rejimi daha əlverişli hesab olunarsa, fəaliyyət də həmin istiqamətdə davam etdiriləcək.

Sədr onu da əlavə edib ki, hazırda qiymət və makroiqtisadi sabitliyin təmin olunması baxımından sabit məzənnə rejimi daha məqsədəuyğun hesab edilir:

“Hazırkı mərhələdə məzənnə rejiminin dəyişdirilməsi ilə bağlı hər hansı yanaşma və ya plan mövcud deyil. Bu səbəbdən sabit məzənnə rejimi dəstəklənir və bundan sonra da həmin siyasət davam etdiriləcək”, - deyə T.Kazımov vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada