İcra başçısının müavinini o əvəz edir

İcra başçısının müavinini o əvəz edir
11:04

Ötən ayın 6-da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

News365.az-ın məlumatına görə, hazırda onun səlahiyyətlərini başqa şəxs icra edir.

Bildirilib ki, bu vəzifənin səlahiyyətlərini müvəqqəti olaraq Sehran Alışov yerinə yetirir.

Qeyd edək ki, S. Alışov hazırda sözügedən icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri vəzifəsində çalışır.


Sizin reklam burada
Sizin reklam burada