Şəkidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
News365.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 23 yaşlı sərnişin Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və 16 yaşlı digər sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.