AMB uçot dərəcəsi bağlı yeni qərarını - AÇIQLANDI

AMB uçot dərəcəsi bağlı yeni qərarını - AÇIQLANDI
10:19

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.

News365.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.

Bildirilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.


Sizin reklam burada
Sizin reklam burada