Azərbaycan diplomatiyası regionda yeni reallıq formalaşdırıb

Azərbaycan diplomatiyası regionda yeni reallıq formalaşdırıb
10:15

Müasir dövrdə beynəlxalq münasibətlərdə gərginliyin artdığı, silahlı qarşıdurmaların ön plana çıxdığı bir şəraitdə diplomatiyanın rolu daha da aktuallaşır.

Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında Azərbaycanın diplomatik uğurlarını və bunun regional təsirlərini dəyərləndirib.


Politoloqun sözlərinə görə, son dövrlərdə baş verən proseslər diplomatiyanın real nəticələr verə bildiyini açıq şəkildə nümayiş etdirir. O qeyd edib ki, xüsusilə maraqların toqquşduğu mürəkkəb regionlarda sülh və sabitliyin təmin olunması yüksək peşəkarlıq və ardıcıl siyasət tələb edir.

Qarayeva bildirib ki, bu baxımdan Avropa İttifaqı kimi böyük güclərin də maraqlarının kəsişdiyi bir coğrafiyada balanslı siyasət yürütmək və sabitlik yaratmaq mühüm nailiyyətdir. Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi siyasət həm regional, həm də qlobal səviyyədə diqqət çəkir.

Politoloq vurğulayıb ki, müasir dövrdə beynəlxalq hüquq və insan hüquqları prinsiplərinin çox zaman arxa planda qaldığı bir şəraitdə uğurlu diplomatik fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə İlham Əliyev-in fəaliyyəti nümunə kimi göstərilir.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin çıxışlarında səsləndirdiyi fikirlər və verdiyi vədlər zamanla reallaşır və bu da siyasətin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir. Qarayeva qeyd edib ki, xüsusilə 2020-ci ildən sonra regionda yaranan yeni reallıqlar bu siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.

Politoloq əlavə edib ki, Azərbaycanın yalnız regional problemlərin həlli ilə kifayətlənmədiyini, eyni zamanda qlobal məsələlərdə də təşəbbüskar rolunda çıxış etdiyini bildirib. O, enerji təhlükəsizliyi sahəsində Avropa üçün oynanan rolu və beynəlxalq platformalarda səsləndirilən təşəbbüsləri buna nümunə göstərib.

Qarayevanın fikrincə, bütün bu amillər Azərbaycanın diplomatik fəaliyyətinin effektivliyini göstərir və ölkənin beynəlxalq mövqeyinin güclənməsinə töhfə verir.


Sizin reklam burada
Sizin reklam burada