Dənizdə alovlu 48 saat: Əbu-Dabi neft nəhənginin gəmiləri dalbadal vurulur

Dənizdə alovlu 48 saat: Əbu-Dabi neft nəhənginin gəmiləri dalbadal vurulur
11:45

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəmi Hörmüz boğazından keçərkən növbəti hücuma məruz qalıb.

WAM agentliyinin yaydığı məlumata görə, avqustun 14-ü cümə axşamı baş verən insident zamanı xəsarət alan olmayıb və vəziyyət qısa müddətdə nəzarətə götürülüb.

Hücuma məruz qalan gəminin növü, zərbənin xarakteri və dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilmir.

Qeyd edək ki, bu, son iki gün ərzində Hörmüz boğazında ADNOC şirkətinə məxsus gəmilərə qarşı həyata keçirilən artıq üçüncü hücumdur.

Avqustun 13-də axşam saatlarında şirkətin daha iki neft tankeri analoji hücuma məruz qalmışdı.


Sizin reklam burada
Sizin reklam burada