2 avtomat silahı, 6 tüfəng aşkarlanıb

2 avtomat silahı, 6 tüfəng aşkarlanıb
11:00

Avqustun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


    Sizin reklam burada
    Sizin reklam burada