Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə üç Çin vətəndaşını saxlayıb.
News365.az xəbər verir ki, onlar 2 kiloqram uranı 400 min dollara almağa və daha sonra Rusiyadan istifadə edərək gizli şəkildə Çinə çıxarmağa cəhd etməkdə şübhəli bilinirlər.
İstintaq məlumatlarına görə, şübhəlilər radioaktiv maddəni qanunsuz yollarla əldə edib, ölkə xaricinə çıxarmaq üçün plan qurublar.
Hazırda saxlanılan şəxslər barəsində cinayət işi açılıb və onlara 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.