“Çinaraltı” restoranında nöqsanlar aşkarlandı - FOTOLAR

“Çinaraltı” restoranında nöqsanlar aşkarlandı - FOTOLAR
17:09

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən “Çinaraltı” restoranında yoxlama keçirib.

News365.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, restoran fiziki şəxs Binyətli Binyət Mehman oğluna məxsus olub.

Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.


Sizin reklam burada
Sizin reklam burada