Çin fikrini dəyişdi: Ukraynada sülhməramlılar ola bilər

Çin fikrini dəyişdi: Ukraynada sülhməramlılar ola bilər
22 Mar 2025 21:15

Çin diplomatları Avropa Birliyinin Ukraynaya göndərilməsi planlaşdırılan sülhməramlı qüvvələrə qoşulmaq imkanını nəzərdən keçirir.


News365.az xəbər verir ki, bunu "Velt" nəşri yazıb.


Məlumata görə, Pekinin bu təşəbbüsü Rusiyanın sülh prosesinə yaxınlaşmasını hədəfləyir. AB diplomatları da bu amilin vacibliyini vurğulayırlar. Çinli diplomatlar AB-nin bu məsələyə münasibətini öyrənməyə çalışır və ittifaqın belə bir təşəbbüsü dəstəkləyib-dəstəkləməyəcəyini araşdırır.


Brüsseldəki diplomatik dairələr bildiriblər ki, Çinin sülhməramlı qüvvələrə qoşulması Rusiyanın Ukraynada bu qüvvələri qəbuletmə ehtimalını artıra bilər. Lakin məsələ həssasdır, çünki Çin Rusiyanın yaxın müttəfiqi hesab olunur.


Qeyd edək ki, daha öncə Çin XİN sülhməramlı kontingentinin sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya göndərilməsini müzakirə etmək niyyətində olmadığını bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada