CHP sədrindən İmamoğlunun saxlanılmasına SƏRT ETİRAZ

CHP sədrindən İmamoğlunun saxlanılmasına SƏRT ETİRAZ
19 Mar 2025 10:05

CHP sədri Özgür Özəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında verilən həbs qərarına sərt reaksiya verib.

News365.az bu barədə "Haver Global"a istinadla xəbər verir.

Məlumata görə, Özəl bildirib ki, xalqın adından qərarlar qəbul etmək, zor tətbiq etməklə xalqın iradəsini dəyişdirmək və ya ona mane olmaq çevrilişdir.

"Hazırda millətin növbəti prezidenti müəyyən etməsinə mane olacaq qüvvə var. Növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik... Millətimiz dövlətini sevir, amma kimsə dövləti millətin əleyhinə çıxarmağa çalışsa, millət buna imkan verməz".

CHP sədri "əsl güc millətdir və sonda millət qalib gəlir... Yenə də belə olacaq" deyərək sonda xalqın iradəsinin və Türkiyənin qalib gələcəyini vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada