Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü

Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü
09 Fev 2025 18:45

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.


News365.az xəbər verir ki, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.


Sizin reklam burada
Sizin reklam burada