Cəbrayılda ağır qəza - Yaralılar var

Cəbrayılda ağır qəza - Yaralılar var
16:45

Cəbrayılda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, Cəbrayıl rayonu ərazisində hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar - Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada