“Bəziləri
deyir ki, Amerikanın sərt büdcə ixtisarlarına dair strategiyası Azərbaycanda da
inflyasiyanın idarə olunması və iqtisadiyyatın sabitləşdirilməsi üçün nəzərdən
keçirilə bilər”.
Bunu News365.az –a açıqlamasında
iqtisadçı ekspert Eldəniz Əmirov
deyib. O bir mənalı olaraq bildiririb ki, bu yanaşma kökündən yanlışdır. ABŞ-da
1 oktyabr - 30 sentyabra qədər davam edən bir maliyyə ilində federal büdcə xərcləri
təxminən 7 trilyon dollara yaxın olub. Azərbaycanda isə büdcə xərcləri təxminən
25 milyard dollar həcmindədir. Bu, müqayisə olunmaz bir səviyyədir.
Və
ən əsası: Azərbaycanda dövlət xərcləri iqtisadi aktivliyin əsas drayverlərindən
biridir. Buna görə də büdcə xərclərinin ixtisarı iqtisadi aktivliyi tamamilə
öldürər.
Odur
ki, diqqət xərclərin azaldılmasına deyil, səmərəliliyin artırılmasına
ayrılmalıdır. Büdcə şəffaflığı artırılmalıdır, satınalma prosesləri tam şəffaf
olmalıdır. Dövlət investisiyalarının effektivliyi artırılmalıdır. Biz məhz bu
istiqamətlərdə islahatlara getməliyik.
Yeri
gəlmişkən, bu baxımdan maliyyə naziri postuna yeni təyinatın ölkə çapında xərclərə
nəzarət səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcəyini gözləmək olar”.
News365.az