2026-cı ilin
yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 871,7
min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% az (bir daha – az) əcnəbi
gəlib. Rəsmi rəqəmlər də sübut edir ki, turizm sektoru da böhrana girir, gələnlərin
sayı kəskin azalıb, 11% azalma ciddi rəqəmdir.
Məsələ ilə
bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, bu rəsmi məlumatda diqqət
çəkən bir məqam da var:
“Ölkəmizə gəlmiş
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir
yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Xarici vətəndaşlar,
əcnəbilər ölkəmizdən quru yollarla gedə bilər, onları saxlamağa ixtiyarımız
yoxdur, amma, quru yolla gələ bilmirlər axı. Tamam, 1,5%-i anladım, onlar yük
qatarları, yük gəmiləri ilə gələn işçilər ola bilər (Tbilisiyə ADY mayın axırı
açılıb, statistikaya təsir edə bilməzdi), yaxşı, 28,5%-i avtomobillə necə gəlib?!
Əgər bunların tamamı yük avtomobillərinin sürücüləridirsə, niyə turist kimi
qeydiyyata düşüblər?! Yəni, 5 ayda yük avtomobillərinin sürücüsü kimi ölkəyə
250 minə yaxın insan gəlib?! Yaxşı, öz maşınları ilə gəliblərsə, biz niyə
avtomobillə ölkədən gedə bilmirik?!
Hökumət
turizmi prioritet elan edib, hörmətli Mikayıl müəllim İTV-yə verdiyi müsahibədə
bunu bir daha təsdiq etdi – yaxşı, prioritet elan olunan sahədə 5 aya azalma
11%-dirsə, bunun səbəbləri araşdırılıbmı?! Hökumətin hesablamasına görə, quru sərhədlərin
mənasız olaraq bağlı qalması turizmə nə qədər ziyan vurur?!
Hə, onu da
deyim ki, bu ilin ilk 5 ayında Gürcüstana, Ermənistana gələn turist sayında ciddi
artım var – Gürcüstanda il-ilə müqaisədə 6%-ə yaxın, Ermənistanda isə 19,3%
artım var..”
News365.az