Bu uşaq qidasını almayın: GMO aşkarlandı - FOTO

Bu uşaq qidasını almayın: GMO aşkarlandı - FOTO
20 Fev 2025 15:30

Nəzarət tədbirləri çərçivəsində "Baku Kids Company" QSC tərəfindən ölkəyə idxal edilən İspaniya istehsalı olan “Humana” əmtəə nişanlı uşaq qidasından (24.05.2024-24.11.2025-ci il istehsal tarixli, 40524-083 partiya nömrəli) Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, sınaq nəticəsinə əsasən, ümumi çəkisi 100 kq olan məhsul partiyasında genetik modifikasiya olunmuş orqanizm aşkarlanıb. 

"Faktla bağlı məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. 

Məlumat üçün bildiririk ki, ölkəyə idxal olunan bütün uşaq qidaları müvafiq qaydada müayinələrə cəlb edilir, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada