“Bu ölkənin məqsədi sərhəddə gərginlik yaratmaqdır“ - Vüqar Bayramov

“Bu ölkənin məqsədi sərhəddə gərginlik yaratmaqdır“ -  Vüqar Bayramov
19 Apr 2024 10:02

Fransa regiondan niyə əl çəkmək istəmir sualına Millət Vəkili Vüqar Bayramov News365.az-a açıqlamasında ətraflı cavab verib

"Fransada erməni lobbisinin güclü olması nəzərə alınmalı bir faktordur. Fransa da olan mövcud hakimiyyətin mövqe və siyasəti birbaşa proseslərə təsir göstərən amillərdir. Çox təəssüf ki, biz Fransa hakimiyyətinin artıq uzun müddətdir ki, Azərbaycana qarşı yürütdüyü qərəzli siyasəti müşahidə edirik . Bu siyasətin məqsədi Qafqazda sülh yaratmaq yox , əksinə bu siyasətdə məqsəd gərginliyi alovlandırmaq və yeni gərginlik yaratmaqdır. Reallıq bundan ibarətdir ki, bəzi paytaxtlarda Azərbaycanın əldə etdiyi qələbəni tam həzm edə bilmədilər və ya həzm etməkdə çətinlik çəkdilər amma zaman keçdikcə, bu sözün əsl mənasında həzm olunub. Əminəm ki, Parisdə də bu gec-tez həzm olunacaq." deyə Vüqar Bayramov bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər